- Baxış sayı: 34
- 23 Mart 2025 13:29
- Baxış sayı: 50
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, oyun barədə bunu deyib:
“Oyuna çox yaxşı başladıq. Çox istəkli idik. Ardıcıl 3 qələbədən sonra əhval-ruhiyyəmiz yaxşı idi. Futbolçuları da bu oyuna hazırlamaq bizim üçün rahat idi. Gözəl ajiotaj da yaranmışdı. Tribunada olan bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdılar. Biz də bunu görüb oyuna yaxşı başladıq. “Neftçi” uzun müddətdir “Qarabağ”a qarşı belə oynamamışdı. Əfsuslar olsun ki, bir səhv etdik və sonradan meydana daxil olan futbolçularımızla da epizodları qola çevirə bilmədik. Düşünürəm ki, “Qarabağ” 10 nəfərlə qalandan sonra biz bir az arxayınlaşdıq, rəqib bir-iki dəfə əks-hücuma çıxdı və həmişəki kimi bu komanda ilə oyunda etdiyimiz səhvdən sonra qol buraxdıq. Çox məyusedicidir ki, azarkeşlərimizə qələbə bəxş edə bilmədik. Bununla belə, növbəti oyunlara da əzmlə hazırlaşacağıq”.