“Neftçi” və “Xilasedici”dən inamlı qələbə

Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib.

Allsport.az xəbər verir ki, bu gün yüksək liqada turun daha iki qarşılaşması baş tutub. İlk olaraq Sumqayıt OİK-də “Neftçi” komandası “Gənclər”in qonağı olub. Görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun son qarşılaşmasında isə FHN-nin idman zalında “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda “Xilasedici” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.

Yüksək liqa
IX tur
6 fevral
“Gənclər” – “Neftçi” 0:3 (21:25, 16:25, 19:25)
“Xilasedici” – “Murov Az Terminal” 3:1 (25:23, 19:25, 25:20, 25:20)

Həmin kateqoriyadan