“Neftçi” – “Xarı bülbül” oyunu yenidən təxirə salındı

Kişi voleybolçular arasında Azərbaycan yüksək liqasında II turdan təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu yanvarın 22-də saat 18:00-da keçirilməli idi. Allsport.az xəbər verir ki, “Xarı bülbül” voleybol klubunun rəhbərliyinin Azərbaycan voleybol federasiyasına (AVF) ünvanladığı müraciətində komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub.

AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq yanvarın 22-də saat 18:00-da keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Xarı bülbül” oyununu təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.

Yanvarın 22-də voleybol mərkəzində qadın voleybolçuların yüksək liqasında təxirə salınan “Murov” – UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish