- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
“Neftçi” növbəti transferini həyata keçirib. Allsport.az xəbər verir ki, Seneqal əsilli Almaniya doğumlu ingiltərəli hücumçu Bassala Sambu klubda 9 saylı geyimdə çıxış edədəcək. 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer liqasının çempionu olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qol vurub.