“Neftçi”dən 4 transfer

Qış fasiləsində heyətini gücləndirən “Neftçi” İK 2-si əcnəbi olmaqla 4 futzalçı ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, arxada qalan 10 oyunda 20 xal toplayan və 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi vaxtilə ölkəmizdə müxtəlif klublarda çıxış etmiş iralı Əli Mikaylı və Beyhaz Həsənzadə ilə anlaşıb.

Birvaxtlar “Xəzər Cənub” və “Araz-Naxçıvan”ın uğurları üçün çalışan Mikaylı Tacikstan çempionatında “Soro compony” ilə qızıl medal qazanıb. Behzad da azarkeşlər üçün yad sima deyil. O, 2018-19-cu il mövsümündə “Xəzər Cənub”la Azərbaycan çempionatının gümüş medallarını qazanıb. Bakıya gələnə qədər Təbrizin “Rəhsu” klubunda çıxış edib.

“Neftçi” İK yayda Almaniyanın “Ştutqart” klubu ilə anlaşan və bu komanda ilə UEFA çempionlar liqasının ilkin mərhələsində iştirak edən Fərid Atakişiyevi heyətinə cəlb edib. Digər transfer isə Samir Mehtiyevdir. O, qış fasiləsinə qədər 1-ci liqada “Alyans Qrup”un qapısını qoruyub.

Qış transfer pəncərəsi zamanı komandanı Emin Kürdov, Rüstəm Bağırov, İbrahim Zelynalov və Kənan Manafov tərk edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish