- Baxış sayı: 17
- 08 Dekabr 2023 15:16
- Baxış sayı: 49
- Dekabr 05, 2023
- 0
“Neftçi”dən ayrılan Baqali Dabonun yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, fransalı hücumçu karyerasını Kiprin “Apollon” klubunda davam etdirəcək.
31 yaşlı futbolçu ilə 2022-ci ilin mayına qədər müqavilə imzalanıb. Dabo yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.
Hücumçu 2018-ci ildə “Qəbələ”dən “Neftçi”yə keçmişdi. Dabo Azərbaycan çempionatında keçirdiyi 83 oyunda 41 qol vurub, 9 məhsuldar ötürmə edib.