- Baxış sayı: 14
- 23 Mart 2023 23:00
- Baxış sayı: 241
- Mart 22, 2023
- 0
“3 xal qazandığımıza görə sevinirəm. Bizim üçün bir az çətin dönəmdir. Bugünkü oyunun start heyətində daha çox 2-ci heyətdə yer alan futbolçular var idi. Onlar da fürsət, təcrübə qazanmalıdır”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf premyer liqasının 1-ci turunda “Şamaxı” ilə səfər matçından sonra mətbuat konfransında deyib. Onun fikrincə, əsas məqsəd avrokuboklarda növbəti mərhələyə adlamaqdır:
“Meydanın süni örtüklü olduğuna görə futbolçularımın zədələnə biləcəyindən narahat idim. Qapıçımızı itirdik və bu, üzücüdür. Ümidvaram ki, Aqil tezliklə komandaya qoşulacaq. İndi hazırda cəmi 2 qapıçımız var. Çünki Rza da milli komandanın heyətindədir. Çətin vəziyyətdəyik”.