“Neftçi”nin baş məşqçisi: “Bu mövzuda müzakirəyə girmək istəmirəm”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf, adının Rumıniyanın “Styaua” klubu ilə hallanmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, açıqlamasında konkret cavab verməyib:

“Deyəcəyim hər şey şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi olan klubdur. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm”.

2012-2014 və 2015-2017-ci illərdə “Styaua”nı çalışdıran 47 yaşlı mütəxəssisin “ağ-qaralar”la 2024-cü ilin yayına qədər müqaviləsi var.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish