“Neftçi”nin futbolçusu əməliyyat olundu

Azər Salahlının 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyatı uğurla həyata keçirilib. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

O, konfrans liqasının 3-cü təsnifatında avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnmişdi. Onun sağ ayağında sınıq tapılmış və əməliyyat olunması ilə bağlı qərar verilmişdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish