- Baxış sayı: 3
- 06 Dekabr 2024 10:46
- Baxış sayı: 93
- Dekabr 05, 2024
- 0
İntizam Komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda premyer liqanın 15-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:
“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç “Sumqayıt”la oyunda sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, paytaxt klubu 200 manat cərimə olunub.
“Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
“Qarabağ”ın 4 futbolçusu “Səbail”lə matçda sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” ilə oyununda “Keşlə”nin 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.