- Baxış sayı: 29
- 15 Yanvar 2025 22:22
- Baxış sayı: 200
- Yanvar 15, 2025
- 0
“Ay-ulduzlular”ımız Riqada Latviya millisini 3:1 hesabı ilə üstələyib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra müdafiəçi Ruslan Abışovun açıqlaması belə olub:
“Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik. Onlara 0:3 uduzmağımız təsadüfi idi. Bəzi amillər var idi, biz ona hazır deyildik.
Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.