- Baxış sayı: 19
- 19 Yanvar 2025 23:35
- Baxış sayı: 104
- Yanvar 19, 2025
- 0
“Neftçi” PFK-nın Müşahidə Şurasının daha bir üzvü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.
Allsport.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Cəbrayıl Cəbrayılov Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Xatırladaq ki, bir neçə gün öncə bu klubun Müşahidə Şurasının digər üzvü Bəhram Bağırzadə də əməkdar artist adı almışdı.