- Baxış sayı: 25
- 03 İyun 2023 17:05
- Baxış sayı: 55
- İyun 03, 2023
- 0
“Qarabağ” premyer liqanın 18-ci turunda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3 və ya daha çox qol vurub.
Bu, 1992-ci ildən keçirilən yarışın tarixində yeni rekorddur. “Qarabağ” öz meydanında 117 dəfə məhsuldarlıq nümayiş etdirən “Neftçi”ni arxada qoyub.
“Köhlən atlar” 3 və ya daha çox qol vurduğu ilk ev oyunu 1992-ci il mayın 6-da baş tutub. 30 il öncə Kürdəmir “Şirvan”ı üzərində 6:0 qələbə qazanılıb.