“Neftçi”nin sabiq üzvü tarixin ən yaxşı heyətində

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (IFFHS) Yaponiyanın futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Allsport.az xəbər verir ki, “11-lik”də “Neftçi” klubunun sabiq futbolçusu Keysuke Honda də yer alıb.

35 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümündə “Neftçi” ilə Azərbaycan premyer liqasının qalibi olub.

Hazırda Litvanın “Suduva” klubunda oynayan Honda “ağ-qaralar”ın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Həmin kateqoriyadan