- Baxış sayı: 33
- 19 Fevral 2026 03:18
- Baxış sayı: 386
- Fevral 16, 2026
- 0

“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, flaqmanı rumıniyalı Laurensiu Regekampf çalışdıracaq. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub. O, “ağ-qaralar”la 2 illik müqaviləyə imza atb.
Regekampf ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalarda çalışıb. Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında baş məşqçilik edib. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.