- Baxış sayı: 28
- 01 Aprel 2023 18:10
- Baxış sayı: 94
- Aprel 01, 2023
- 0
Polşanın “Medz Leqnisa” komandasının baş məşqçisi Qjeqoj Mokre Antalyada “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Allsport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçla bağlı ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Bu gün müdafiə xəttimiz çox yaxşı idi. Üstəlik, çoxlu qol vəziyyətləri yaratdıq. Rəqibi topla səhv etməyə məcbur etdik. İki yox, dörd qol vura bilərdik. Rəqibə qol hədiyyə etdiyimiz üçün təəssüflənirəm. Bu cür səhvləri aradan qaldırmalıyıq ki, növbəti matçlarda bir daha təkrarlanmasın”.