- Baxış sayı: 35
- 07 Dekabr 2025 17:43
- Baxış sayı: 253
- Dekabr 05, 2025
- 0

“Pari Sen Jermen”in hücumçusu Neymar yaxın vaxtlarda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunacaq. Allsport.az saytı xəbər verir ki, braziliyalı bu gün tibbi müayinədən keçəcək. Onun daha bir mövsüm uzatma ehtimalı ilə 2-illik müqavilə imzalayacağı gözlənilir.
Neymar 2017-ci ildə “Barselona”dan rekord məbləğə – 222 milyon avroya Fransa klubuna keçmişdi. O, PSJ-də 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.