Nicat bürünc medalı təmin etdi, 3 boksçumuz 1/4 finalda dayandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Nicat Hüseynov (49 kq) yarışın yarımfinalına vəsiqə qazanıb.

O, 1/2 finala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün Rusiyanı təmsil edən erməni idmançı Robert Bədəlyanla qarşılaşacaq.

Millimizin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.

Yarımfinal döyüşləri bu gün, final qarşılaşmaları isə ayın 23-də olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish