- Baxış sayı: 33
- 07 Noyabr 2025 17:25
- Baxış sayı: 34
- Noyabr 07, 2025
- 0

Niderlandın məşhur “de Volkskrant” nəşri “Qarabağ”dan məqalə hazırlayıb. Allsport.az saytı xəbər verir ki, yazıda “Qarabağ”ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, “İmarət” stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq uğurlu çıxışı qeydə alınıb.
Eyni zamanda, klubumuzun bazasında olan qəzetin əməkdaşı baş məşqçi Qurban Qurbanovdan da komandanın uğurlu çıxışı haqqında fikirlərini, komandasının təmsil etdiyi şəhərin işğaldan azad edilməsi və məşqçimiz Müşfiq Hüseynovdan yenidən “İmarət”də olması haqda duyğularını öyrənib.
Həmçinin yazıda “Qarabağ”ımız “Qafqazın “Barselona”sı” kimi təqdim edilib.

