“Nikola Cokiç planetin ən yaxşısıdır”

“Denver Naggets”in üzvü Rassel Uestbruk açıqlama verib.

Allsport.az xəbər verir ki, o, komanda yoldaşı Nikola Cokiçin haqda danışıb:

“Nikola planetin ən yaxşı oyunçusudur. Əlimdən gələni edəcəyəm ki, topu ona çatdırım. Bu, bizim işimizdir, onun işini asanlaşdırmalıyıq”.

Cokic bu mövsüm NBA-da 56 oyuna çıxıb, orta hesabla 28,8 xal, 12,8 ribaund və 10,4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan