- Baxış sayı: 15
- 06 Dekabr 2024 10:46
- Baxış sayı: 93
- Dekabr 05, 2024
- 0
“Səbail” klubunun və Qvatemala millisinin qapıçısı Nikolas Hagen açıqlamasında cəbhə bölgəsində baş verənlərə də toxunub. Allsport.az saytı xəbər verir ki, o, paytaxtda hər şeyin yaxşı olduğunu deyib:
“Azərbaycanda özümü rahat hiss edirəm. Döyüş zonasından uzaqdayam. İnsanlarda narahatlıq var. Ümid edirəm ki, hər şey tezliklə stabilləşəcək. Mənə hər şeyin qaydasında olacağı təminatını veriblər. Azərbaycanda futbol davam edir. Məqsədim oyunlarda müntəzəm çıxış etmək, meydanda olmaqdır”.
Xatırladaq ki, “dənizçilər” qolkiperi bu ay heyətə qatıb.