- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 212
- İyul 17, 2025
- 0
Şimali Makedoniyada keçirilən U17 Avropa çempionatının qalibi Rəvan Həsənzadənin qarşılanma mərasimi baş tutub.
Allsport.az xəbər verir ki, qitə çempionu finalda erməni rəqibinə qalib gəlməsini qürurverici olduğunu bildirib: “Avropa çempionatına kimi Xaçmaz olimpiya idman kompleksində təlim-məşq toplanışları keçdik. Toplanışlar ağır və çətin idi. Lakin əziyyətimiz yerdə qalmadı. Ailəmə, şəxsi məşqçimə və yığma komandanın müəllimlərinə təşəkkürümü bildirirəm. Onların əziyyəti olmasaydı, bu nəticəni əldə edə bilməzdim. Növbəti hədəfim dünya çempionu olmaqdır”.