“Növbəti matçda az oynayan futbolçular meydanda olacaqlar”

“Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Hiss olunurdu ki, həyəcanlı və istəkli idilər. “Səbail”ə də uğurlar arzu edirəm”.

Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 27-ci turunda “Səbail”ə 3:0 qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. Onun sözünə görə, “Neftçi” ilə son turda da gənc futbolçulara fürsət verəcək:

“Əvvəl də bildirmişdim ki, çempionatın sonuna yaxın futbolçuları öz idman formalarından uzaqlaşdırmaq olmaz. Görürsünüz ki, hər oyunda heyətdə rotasiya edirəm. Növbəti matçda az oynayan futbolçular meydanda olacaqlar. Bir-iki nəfəri çıxmaq şərtilə bütün futbolçular yetərincə oynayırlar”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish