Nurgülün yerinə Meri

21-24 sentyabrda Şuşada ilk beynəlxalq şahmat turnirinin iştirakçı siyahısında dəyişiklik olub. Allsport.az saytı xəbər verir ki, qadınların yarışında Nurgül Səlimova (Bolqarıstan) iştirak etməyəcək. Onun əvəzinə yeniyetmələr arasında dəfələrlə dünya çempionu Meri Arabidze (FİDE reytinqi 2422, Gürcüstan) mübarizə aparacaq.

Bu kateqoriyada bizdən Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, ümumdünya şahmat olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) çıxış edəcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish