- Baxış sayı: 40
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 45
- Dekabr 12, 2025
- 0

“Brentford”un hücumçusu Yohan Vissa “Nyukasl”ın maraq dairəsindədir.
Allsport.az xəbər verir ki, “arılar”ın 28 yaşlı oyunçunu 25 milyon funt-sterlinqə almaq təklifindən imtina etməsinə baxmayaraq, “Nyukasl” danışıqları davam etdirmək niyyətindədir.
“Sağsağanlar” tezliklə təklif olunan təzminat məbləğini artıracaq. Futbolçunun özü də bu transferdə maraqlıdır və çempionlar liqasında oynamaq arzusundadır.
2024/25 mövsümündə Vissa İngiltərə premyer liqasında 35 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.