- Baxış sayı: 75
- 20 Fevral 2026 23:22
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

Avstraliyalı mütəxəssis Ange Postekoğlu “Mançester Yunayted”dəki baş məşqçi postunu dünya futbolunun ən çətin işi adlandırıb.
Allsport.az xəbər verir ki, ESPN-ə danışan 60 yaşlı məşqçi qeyd edib ki, bu klubda işləmək üçün insandan unikal xarakter və polad kimi iradə tələb olunur.
Onun fikrincə, komanda daim diqqət mərkəzində olduğu üçün burada “tezbazar” uğur qazanmaq mümkün deyil.
Postekoqlu “qırmızı şeytanlar”ın sükanı arxasına keçəcək şəxsin üzləşəcəyi təzyiqi belə təsvir edib: “Bu, elə bir insandır ki, ildə 100 mətbuat konfransına dözməli, 10 oyunda qalib gəlib, bircə matçda uduzanda həmin məğlubiyyətə görə tənqidlərlə “parçalanmağa” hazır olmalıdır. Tarix hər addımını təqib edir. Buna görə də kifayət qədər daxili gücü olan və “mən bunu öz bildiyim kimi edəcəyəm” deyə bilən bir şəxs lazımdır.”
Hazırda “Mançester Yunayted”i müvəqqəti olaraq 44 yaşlı Maykl Kerrik çalışdırır.