OCEP proqramı çərçivəsində “Uşaq atletikası”

Azərbaycan və Avropa atletika federasiyalarının birgə olimpiya mədəniyyəti və təhsili proqramı çərçivəsində “Uşaq atletikası” yarışında 18 məktəb iştirak edib.

Allsport.az saytı xəbər verir ki, 10-12 yaşlı məktəblilər arasında keçirilən yarışda sədlərlə qaçış, topu uzağa tullama və atletikanın Formula-1 formatındakı oyunları istifadə olunub. 1-ci yeri 245 saylı, 2-ci sıranı 193 saylı, 3-cü pilləni 242 saylı tam orta məktəblərin şagirdləri tutublar.

Final mərhələsində qaliblərə medallar, sertifikatlar və müxtəlif hədiyyələr, qalib komandaya isə kubok təqdim olunub.

Tədbirdə elm və təhsil nazirliyinin sektor müdiri Hilal Salmanov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, beynəlxalq proqramlar idarəsinin direktoru Mehman Kərimov, atletika federasiyasının baş katibi Məhərrəm Sultanzadə və başqa qonaqlar ştirak ediblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish