Oğlanlar 12-ci, qızlar 19-cu

Xorvatiyanın Poreç şəhərində yeniyetmə və gənclərin Avropa birinciliyində qılıncoynadanların mübarizəsinə yekun vurulub. Allsport.az xəbər verir ki, Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədovdan ibarət kollektiv Fransa komandası 31:45 hesabı ilə məğlub olub.

Sablyaçılaırmız komanda yarışının yekun sıralamasında 12-ci olub.

Yeniyetmə qız şpaqaçılarımız isə Böyük Britaniyanı təmsil edən kollektivə 30:45 hesabı ilə uduzub. Nazilə Rəhimova,Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız yekun sıralamada turniri 19-cu sırada başa vurub.

Həmin kateqoriyadan