- Baxış sayı: 41
- 16 İyul 2025 18:59
- Baxış sayı: 175
- İyul 17, 2025
- 0
18 yaşadək qız və oğlanlar arasında keçirilən çimərlik voleybolu üzrə şərqi Avropa voleybol zonal assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, Latviyanın Cesis şəhərində təşkil olunan yarışa iyulun 2-də yekun vurulub. Çempionatda Azərbaycan, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığma komandaları mübarizə aparıb.
Yarışda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb. Oğlanlardan ibarət milli (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) yarışı 5-ci pillədə başa vurub. Komanda qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.