- Baxış sayı: 23
- 22 Mart 2023 21:42
- Baxış sayı: 169
- Mart 22, 2023
- 0
Gürcüstanın paytaxtı Tibilisidə təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, yığmamız ilk görüşdə məğlub olduğu güclü “Zaza Pachulia Academy” komandasına bu dəfə 88:87 hesabı ilə qalib gəlməyi bacarıb.
Təlim-məşq toplanışında 3 hazırlıq oyunu keçirən Tahir Baxşıyevin komandası bu oyunların 2-də qalib, 1-də isə məğlub olublar.