“Oğul, sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz”

Azərbaycan premyer liqasının 2-ci turunda “Neftçi” evdə “Kəpəz”i qəbul edib. Allsport.az saytı xəbər verir ki, matçda qonaq komandanın azarkeşləri maraqlı şüarla çıxış ediblər: “Oğul, sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz”.

Xəmsə fan klubu “Kəpəz”in ev oyunlarını Gəncə şəhər stadionunda keçirə bilmədikləri üçün narazılıqlarını bildirib. Bu qurğu tələblərə cavab vermədiyi üçün, “sarı-göylər” ilk turda “Zirə”ni “Dalğa arena”da qəbul edib. Komanda növbəti ev matçlarınıı Qəbələ şəhər stadionunda keçirəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish