Oğuzda Fərid Mansurova həsr olunan “Cəngavər” sənədli filmi

Bu gün MOK-un 30-illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə əsasında “Cəngavər” sənədli filminin nümayişi Oğuz rayonunda baş tutub.

Allsport.az saytı xəbər verir ki, tədbirdə Oğuz icra hakimiyyəti başçısı Eyvaz Qurbanov, olimpiya çempionu, milli olimpiya akademiyasının vitse-prezidenti Fərid Mansurov, MOK-un əməkdaşları, fəal gənc və yeniyetmələr iştirak edib.

Layihənin əsas məqsədi olimpiya çempionlarımızla gənclərimizin birbaşa ünsiyyətini təşkil edərək olimpiya dəyərlərinin təbliğ edilməsindən ibarətdir.

Təşkilatçılıqda Azərbaycan idman könüllüləri ictimai birliyi fəal iştirak edir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish