“Olimpiakos” – “Qarabağ” matçı 1-dəqiqəlik sükutla

Avropa liqasının “G” qrupunda Yunanıstanda keçiriləcək “Olimpiakos” və “Qarabağ” arasında 3-cü tur oyunu 1-dəqiqəlik sükutla başlayacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə UEFA qərar verib.

İndoneziya çempionatının 11-ci turunda “Arema” – “Persebaya” oyununda iğtişaşlardan sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bu, həmçinin çempionlar, Avropa və konfrans liqaları və qadınlar arasında dünya çempionatının pley-ofuna da şamil ediləcək.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish