“Olimpiakos”dan növbəti transfer

Yunanıstanın “Olimpiakos” klubu daha bir futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın Avropa liqasının “G” qrupunda rəqibi Fransa “Marsel”inin hücumçusu Sedrik Bakambu ilə güclənib.

Konqo millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. “Əfsanə” bu ay Xames Rodriqes, Marselo və Coş Boulerini də transfer edib.

“Köhlən atlar” 3-cü tur çərçivəsində 6 oktyabrda “ağ-qırmızılar”la Pireydə oynayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish