- Baxış sayı: 34
- 20 İyul 2025 12:05
- Baxış sayı: 138
- İyul 20, 2025
- 0
Üzgüçü İan Torp Sidneydə qarət olunub.
Allsport.az xəbər verir ki, oğrular avstraliyalı idmançının evindən dəyəri təxminən 100 min dollarlıq əşyalar aparıblar.
Onların arasında şəxsi əşyalar, o cümlədən, saatlar və zinət əşyaları olub. Oğrular 31 yaşlı idmançının medallarına və mükafatlarına toxunmayıblar.
Yerli polis hadisə ilə bağlı istintaqa başladığını açıqlayıb.
İan Torp Avstraliyanın ən titullu idmançılarından biridir. O, olimpiya oyunlarında beş dəfə qızıl, üç dəfə gümüş və bir dəfə bürünc medal qazanıb. Torp həmçinin 11-qat dünya çempionudur.