Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə toplantı

Sentyabrın 6-da olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə 5-ci görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda 5-ci İslam oyunlarında ölkəmizi təmsil etmiş növlər üzrə federasiyaların nümayəndələri də iştirak ediblər.

Bakı gənclər mərkəzində keçirilən yığıncaqda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, “5-ci İslam həmrəyliyi oyunlarının hesabatı”, “Federasiyalar tərəfindən İslam oyunlarında qazanılmış nəticələrin analitik təhlili”, “İdmançıların (həmçinin məşqçi, hakim və s.) lisenziyalaşdırılması prosesi”, “Media”, “Paris–2024 yay olimpiya oyunlarına lisenziya yarışları üçün üçün iş planı” və digər məsələlər müzakirə edilib.

Tədbirdə Fərid Qayıbov “İdman ustası” adına layiq görülmüş idmançılara müvafiq vəsiqə və nişanları təqdim edib.

Görüşdə həmçinin Azərbaycan idman jurnalistləri ilə İdman azarkeşləri və könüllüləri ictimai birliklərinin təqdimatları da dinlənilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish