- Baxış sayı: 45
- 06 Sentyabr 2024 16:05
- Baxış sayı: 41
- Sentyabr 07, 2024
- 0
Paris-2024-də boks yarışında 92 kq-da Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybəy Oralbəyə qalib gələrək, ən azı bürünc medalı təmin edib. Allsport.az saytı xəbər verir ki, bu qələbə sayəsində sözü gedən növdə Azərbaycan uğur zolağını davam etdirmiş olub.
Əsası Sidney-2000-də Vüqar Ələkbərovla (75 kq) qoyulan möhtəşəm yolu Afina-2004-də Fuad Bayramov (51 kq), Ağası Məmmədov (54 kq), Pekin-2008-də Şahin İmranov (57 kq), London-2012-də Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Rio-2016-da Lorenso Sotamayor (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Tokio-2020-də Alfonso Dominqes (81 kq) inamla keçiblər. Digərləri ilə nisbətdə, adı son 2-ci çəkilən Kuba əsilli rinq ustamızın əyarı bir qədər yüksək – gümüşdür.
Boksçularımız bu sıralamada yalnız güləşçilərimizdən geri qalırlar. Əslində, onlarda da bu zolaq Atlanta-1996-dan başlaya bilərdi. Ədalət Məmmədov (+91 kq) da olimpiadanı ən yüksək əyarlı medalla tərk etməli idi. Əfsuslar ki, oyunların ən böyük ədalətsizliyi ilə parlaq gələcəyinə heç kimin, hətta peşəkar boksun “ürəyi döyünən” Amerikada mütəxəssislərin şübhə etmədiyi Ədalət sındırıldı, yekunda o 5-ci yerlə kifayətləndi. Buna rəğmən, onun çıxışını da Azərbaycan prezidenti Heydər Əliyev medala layiq kimi qiymətləndirib mükafatlandırdı!
Kamran HACI