“Olimpiya ümidləri” beynəlxalq karate turniri

27-28 avqustda Bakıda uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, AMKF-in təşəbbüsü ilə uşaqlar arasında ilk dəfə təşkil edilən böyük miqyaslı yarış VKF-in təqviminə daxil edilib. Yarış ərəfəsində tanınmış Azərbaycan karateçilərinin iştirakı ilə seminar da nəzərdə tutulub. 

Milli karate federasiyası bu turnirin hər il yay aylarında keçirilməsində və idmançı uşaqların məktəb tətili dövründə bir neçə günlük beynəlxalq idman düşərgəsi olmasında maraqlıdır. Artıq yarışa ilkin hazırlıq işləri başlanıb. Yarışın idarə edilməsinə bir neçə ölkədən beynəlxlaq hakimlər dəvət ediləcək. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish