- Baxış sayı: 38
- 13 İyun 2025 23:40
- Baxış sayı: 122
- İyun 15, 2025
- 0
Gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə 2010/2011-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Könül Nurullayeva və gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyeva iştirakçılara uğurlar arzulayıblar. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir, İsmayıllı, Xızı, Quba, Xaçmaz, Astara və Bərdədən olan 170-dən çox atlet mübarizə aparır. Ölkə birinciliyində müxtəlif məsafələrə qaçış, uzunluğa tullanma, hündürlüyə tullanma, çəkic atma, lövhə atma, nizə atma və nüvə itələmə üzrə bu yaş kateqoriyalarında ən güclülər müəyyənləşəcək. Azərbaycan idman akademiyasının stadion kompleksi və AAF-ın atma növləri üzrə bazasında keçirilən yarış 2 gün davam edəcək.