- Baxış sayı: 45
- 21 Mart 2025 11:04
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Azərbaycan voleybol federasiyası yeniyetmələrin Azərbaycan birinciliklərinə start verib.
Allsport.az xəbər verir ki, qız və oğlanlardan ibarət U-14, U-16 və U-18 komandaları arasında keçirilən birinciliklərdə müxtəlif şəhər və rayonlardan olan komanda mübarizə aparır.
Oyunlar Bakı ilə yanaşı, Gəncə, Şirvan, Tovuz, Goranboy və digər bölgələrdə təşkil olunur. Reqlamentə əsasən, hər üç yaş qrupunda oyunlar qrup və play-off mərhələsindən ibarətdir.
Fevralın 1-də start götürən yarışların keçirilməsində əsas məqsəd ölkəmizdə voleybolun inkişafı, populyarlığın artırılması, potensiallı yeniyetmə idmançıların seçilərək milli komandalara cəlb olunmasıdır.
Yarışlar iyun ayına kimi davam edəcək.