Ölkə çempionatı Dadaş Dadaşbəylinin rekordları ilə yadda qalıb

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında Azərbaycan çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu gün kişilərdə daha 4 çəkidə qalib bilinib.

67 kq-da İsa Rüstəmov (125+145), 73 kq-da Paşa İbrahimli (135+162), 81 kq-da Elşad Şərifov (131+166), 89 kq-da Kamran İsmayılov (133+159), 96 kq-da Nailxan Nəbiyev (140+175), 102 kq-da Əli Şükürlü (137+165), 109 kq-da Dadaş Dadaşbəyli (170+203) və +109 kq-da Rəhman Kazımov toplam 308 kq (133+175) çəkinin öhdəsindən gələrək, 1-ci yer tutublar.

Adı son 2-ci çəkilən ağırlıqqaldıran birdən-birə 3 (üç) Azərbaycan rekordunu qıraraq tarixi nəticə göstərib. O, qoparmada 170 kq-ın öhdəsindən gəlib və hazırkı Azərbaycan rekordu – 165 kq-ı 5 kq üstələyib.

Dadaş təkanla qaldırmada da rekord qırıb. 203 kq-ı başı üzərinə qaldıran qobustanlı atlet, Azərbaycan rekordu olan 202 kq-ı 1 kq arxada qoyub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish