Azərbaycan klublarından milli idman brendi “İl’Azero”nu tək “Qarabağ” geyinir

Azərbaycan premyer liqasında çıxış edən klubların istifadə etdikləri brendlər açıqlanıb. Allsport.az saytı xəbər verir ki, yalnız Ağdam klubu milli idman brendinə müraciət edib.

Təzə mövsümdən komandanı büsbütün “İL’AZERO” geyindirir. Şirkətin məhsulları Polşada istehsal olunur və italyanca “Bir Azərbaycanlı” adlanır. Brendin təsisçisi və sahibi ölkəmizin ilk və yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.

Yeri gəlmişkən, “Qarabağ” çempionlar liqasının pley-ofuna qədər irəliləyərək, Avropa liqasının qrup mərhələsini özünə təmin edib. Komandamız avqustun 23-də Bakı vaxtı ilə saat 23:00-da Plzendə “Viktoriya” ilə cavab matçına çıxacaq. Çex Respublikasındakı oyunu 81 ölkədə canlı yayımlanacaq.

Digər klublara gəlincə, “Neftçi” ilə “Sabah”ı “Nayk” (ABŞ); “Turan Tovuz”, “Sumqayıt”, “Səbail”i “Jako” (Almaniya); “Qəbələ”, “Zirə”, “Kəpəz” və “Şamaxı”nı “Joma” (İspaniya) şirkəti öz malları ilə təmin edir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish