- Baxış sayı: 35
- 28 May 2023 19:20
- Baxış sayı: 32
- May 28, 2023
- 0
Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək taekvondo üzrə Azərbaycan çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə veriləcək.
Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan taekvondo federasiyasının rəsmi feysbuk səhifəsi xəbər yayıb.
Bildiirlib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi davam etdiyindən zona, şəhər birincilikləri keçirilməyib: “Bu amilin məşqçi və zona rəhbərlərinə idmançı seçimi etməkdə çətinlik yaradacağını nəzərə alaraq, federasiyanın idarə heyəti və hakimlər komitəsi respublika çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə verilməsini qərara alıb”.
Taekvondo üzrə Azərbaycan çempionatı 30 noyabr – 5 dekabrda təşkil olunacaq.