Ölkə çempionlarına mükafatları qazi taekvondoçular təqdim etdi

Sumqayıt olimpiya idman kompleksində taekvondo üzrə ölkə çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, qadınların mübarizəsində qalib adını Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidova (62 kq) qazanıblar.

Kişilərdə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Məhəmmədov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xəyyam Ağayev (+87 kq) hamını üstələyiblər.

44-günlük 2-ci Vətən müharibəsində düşəmə qarşı döyüşən igid taekvondoçularımız, dəstək üçün yarışlarda həm qonaq, həm də hakim kimi iştirak ediblər. Fəxri kürsüdə yer alanlarımıza medalları təltif edənlər sırasında qazilərimiz də yer alıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish