- Baxış sayı: 34
- 18 İyul 2025 22:16
- Baxış sayı: 166
- İyul 17, 2025
- 0
“Qəbələ” futbol akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Allsport.az xəbər verir ki, bu barədə eyniadlı şəhəru təmsil edən klubun rəsmi səhifəsi açıqlama yayıb.
Buna maliyyə çətinliklərinin səbəb olduğu bildirilir: “Qəbələ idman klubu olaraq, bu gün Azərbaycan futbol ictimaiyyəti ilə bölüşmək istədiyimiz vacib bir qərarı açıqlayırıq. 2005-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ futbol akademiyası, ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırmış, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarına yüksəlməsində mühüm rol oynamışdır. Bu illər ərzində akademiyamız ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə vermişdir.
Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir. Bu qərar bizim üçün asan olmayıb. Klub olaraq məqsədimiz, gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir. Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk. Qəbələ futbol klubu olaraq, Azərbaycan futboluna xidmət missiyamız bundan sonra da davam edəcək”.