Ölkə kubokuna start verilib

Həndbol üzrə ölkə kubokunda mübarizə başlanıb.

Allsport.az xəbər verir ki, “AHF Arena”da keçirilən yarışda meydançaya əvvəlcə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları çıxıblar. İlk hissədən təşəbbüsə yiyələnən nominal qonaqlar matçı 30:22 hesablı qələbə ilə başa vurublar.

Kişi həndbolçuların mübarizəsində isə 3 oyun keçirilib. Əvvəlcə “Gənclər Birliyi” “Dinamo” üz-üzə gəlib. Bu görüşdən də nominal qonaqlar qalib ayrılıblar – 37:22. Günün ən gərgin mubarizə ilə yadda qalan oyununda “Təhsil” “İdman Akademiyası”nı 24:23 hesabı ilə məğlubiyyətə uğradıb. “Kür” isə U17 komandasını 44:24 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan