- Baxış sayı: 33
- 18 Mart 2023 18:58
- Baxış sayı: 25
- Mart 20, 2023
- 0
Şose velosipedi üzrə ölkə kubokunun 1-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü fərdi ötüşmə, 2-ci günü qrup ötüşməsində mübarizə aparılıb.
Elit və U-23 yaş kateqoriyasında kişilər və gənc oğlanların fərdi ötüşməsində 14 km, qrup ötüşməsində 80 km, yeniyetmə oğlanlar və qadınlar fərdi ötüşmə növündə 7 km, qrup ötüşməsində isə 48 km məsafə qət ediblər.
Elit və U-23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN), yeniyetmə oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM), qadınlarda isə Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini qabaqlayıblar.