Ölkənin ən güclü qadın ağırlıqqaldıranları

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında Azərbaycan çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin 100-ə yaxın ağırlıqqaldıranı iştirak edir.

Bu gün körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 187 kq (83+104) çəkinin öhdəsindən gələn Anastasiya Moum 231.80 xalı ilə qızıl medal qazanıb. 137 kq (61+76) nəticə və 230.06 xalla Nazilə İsmayılova 2-ci, 175 kq (75+100) sonluqla və 214.20 xal ilə Elnarə Abbasova 3-cü yer tutublar.

Aprelin 9-da Azərbaycan çempionatının açılışı olub. Mərasimdə MOK vitse-prezidenti Çingiz Hüseynzadə və AAAF-in prezidenti İnam Kərimov yarış iştirakçılarına uğur arzulayıblar. Sonra qadınlarda yarışın qaliblərinin təltifetməsi keçirilib. Fərqlənənlərə medal, diplom və hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan