- Baxış sayı: 38
- 17 Fevral 2025 13:55
- Baxış sayı: 43
- Fevral 17, 2025
- 0
Orta çəki dərəcəsində (84 kq-a qədər) mübarizə aparan ən yaxşı və məğlub olmayan çeçen UFC döyüşçüsü Həmzət Çimayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı olduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, 30 yaşlı idmançı bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb:
“Bu gözəl xalqı bir idmançı və vətəndaş kimi təmsil etmək mənim üçün böyük şərəfdir. BƏƏ-yə mənə verdiyi dəstəyə görə təşəkkür etmək istərdim. Ölkənin mənimlə fəxr etməsi üçün əlimdən gələni edəcəyəm”.
Oktyabrın 26-da Əbu Dabidə keçirilən UFC 308 turnirində baş tutan sonuncu döyüşündə Çimayev keçmiş orta çəkidə UFC çempionu avstraliyalı Robert Uittakerlə rinqi bölüşüb. Mübarizə birinci raundda Robertin təslim olması ilə başa çatıb.