- Baxış sayı: 44
- 13 Mart 2023 12:35
- Baxış sayı: 185
- Mart 22, 2023
- 0
Stolüstü tennisçi Onur Quluzadə beynəlxalq stolüstü tennis federasiyasının təlim-məşq toplanışına qatılacaq. Allsport.az xəbər verir ki, istedadlı idmançını seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək.
Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər.
Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa stolüstü tennis birliyinin analoji təlimlərinə qatılır.